Yəmən ordusundan Səudiyyə koalisiyasına qarşı irimiqyaslı hücum – Minlərlə əsir götürülüb

Oxundu: 1715
Yəmən ordusundan Səudiyyə koalisiyasına qarşı irimiqyaslı hücum – Minlərlə əsir götürülüb

Yəmən Ordusu və Xalq Qüvvələri Səudiyyə və koalisiya qüvvələrinə qarşı irimiqyaslı hücum təşkil edib.

 

İslaminSesi.info xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin mətbuat katıbı general Yəhya Sərii bəyanatla çıxış edib.

 

Generalın məlumatına görə Yəmən qüvvələri “Ənsarullah”ın başçılığı ilə Nəcran istiqamətində Səudiyyə və koalisiya qüvvələrinə qarşı irimiqyaslı hücum təşkil edib.

 

Generalın bildirdiyinə görə bu əməliyyat düşmən təcavüzündən indiyə kimi Ənsarullahın təşkil edtiyi ən böyük əməliyyatdır.

 

Əməliyyat nəticəsində düşmənin 3 böyük hərbi briqadası dağıdılıb, yüzlərlə maşın və hərbi texnika ələ keçirilib.

 

Həmçinin komandir, zabit və əsgər də daxil olmaqla minlərlə koalisiya hərbçisi mühasirəyə salınaraq yəmənlilərin əlinə keçib.  

 

Yəhya Səriinin bəyanatında Yəmən qüvvələrinin 100 km-dən artıq irəlilədiyi də bildirilir.

 

Xatırladaq  ki, Səudiyyə və koalisiyası 2015-ci ildən Yəmənə silahlı təcavüz edir.

 

Bu illər ərzində Yəməndə 10 minlərlə mülki insan öldürülüb, infrastruktur məhv edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system