NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Yəmən ordusu Səudiyyə hərbi texnikalarını belə məhv etdi - Video

Oxundu: 416
Yəmən ordusu Səudiyyə hərbi texnikalarını belə məhv etdi - Video

İslaminSesinin Eastnews.org-a istinadən verdiyi xəbərə görə, mayın 4-də Yəmən ordusu Səudiyyə Ərəbistanının Əsir vilayətinin Məcazəh rayonunda hərbi əməliyyat keçirib.

 

Hərbi əməliyyat nəticəsində yəmənlilər tank əleyhinə idarə edilən raket kompleksi ilə (Kornet) Səudiyyə ordusunun hərbi pikapları, “KADDB Al-Wash, “MRAP Oskosh M-ATV” tipli və Səudiyyə Milli Qvardiyasına məxsus “LAV -25” piyadaların döyüş maşınını məhv edib. Bundan əlavə 10-dan artıq hərbçinin də öldürüldüyü qeyd edilir. Yəmən ordusu Səudiyyə Ərəbistanı hücumlarına cavab olaraq hərbi əməlyyatları davam etdiriəcəyini qeyd edib.

 

Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur.

 

Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system