NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Yəmən ordusu Cizan vilayətində sudanlı muzdluları belə məhv etdi – VİDEO

Oxundu: 76
Yəmən ordusu Cizan vilayətində sudanlı muzdluları belə məhv etdi – VİDEO

Əməliyyatlar Cizan vilayətinin Tulayq rayonu ərazisində keçirilib.

“İslaminSesi” bildirir ki, ötən gün Yəmən ordusu Cizan vilayətin ərazisində bir sıra əməliyyat keçirib. İlk əməliyyat Cizan vilayətinin Tulayq rayonu ərazisində keçirilib.  

 

Bu əməliyyat zamanı ondan artıq sudanlı muzdlu Yəmən ordusu tərəfindən öldürülərək onlara məxsu silah-sursat ələ keçirilib.   Digər əməliyyatı isə Cizan vilayətində yerləşən Qeys dağı ərazisində yerləşən Səudiyyə Ərəbistanı və muzdlulrın bazasında keçirilib. Bu əməliyyatda da çox sayda muzdlu və hərbçi öldürülüb.  

 

Yəmən ordusu Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Hudeyda vilyətində hücum əməliyyatlarında başlamasına cavab olaraq Səudiyyə Ərəbistanı ərazisindəki əməliyyatlarını intensivləşdirib.  

 

Qeyd edək ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəlik və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər.

/Eastnews/

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system