HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 77
Yəmən Ənsarullahı Səudiyyə ilə danışıqların davam etdirilməsi şərtini açıqlayıb

Yəmən Ənsarullahı Səudiyyə ilə danışıqların davam etdirilməsi şərtini açıqlayıb

Yəmənin Ənsarullah hərəkatının Ali Siyasi Şurasının sədri Saleh əl-Səməd davam edən münaqişənin həll edilməsi üzrə danışıqlara qatılmaq üçün yəmən xalqının bəzi qanuni istəklərinin yerinə yetirilməsini şərt qoyub.

Saleh əl-Saməd BMT Təhlükəsizlik Şurasına müraciət edərək böhranın həlli üzrə danışıqlar aparmağı qəbul etdiklərini, lakin bunun üçün şərtlərinin təcavüz və mühasirəyə son qoyulması, Yəmənin dəniz, quru və hava sərhədlərinin açılmasının olduğunu bildirib.

 
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd əş-Şeyx çərşənbə günü Yəmənin vəziyyəti haqqında BMT Təhlükəsizlik Şurasına hesabat vermişdi.

 

İsmayıl Vələd verdiyi hesabatında beynəlxalq sazişlərə sadiq qalmağın zərurətini bildirərək gəmilərin Səudiyyə koalisiyası tərəfindən vurulmasının Yəmənə olan yardımların çatdırılmasına mane olduğunu qeyd etmişdi. Xüsusi nümayəndə həmçinin, Səudiyyə rəhbərliyindəki koalisiyadan və Yəməndə silahlı münaqişənin getdiyi hər iki tərəfi bu ölkəyə olan mülki uçuşların davam etdirilməsinə yardım etməyə çağırmışdı.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı rəhbərlik etdiyi koalisiya qüvvələri ilə birlikdə 2014-cü ilin 27 mart tarixindən etibarən Yəməndə legitimliyi dəstəkləmək bəhanəsilə bu ölkəyə hücuma keçib və Yəməni hərtərəfli blokadaya alıb. Məhdud sayda BMT ərzaq və tibb tədarükündən əlavə Yəmənə heç bir ərzaq və tibbi malları buraxmır. Bu müddət ərzində 10 minədək yerli sakin həlak olub, minlərlə yəmənli yaralanıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system