Yəmən saxladığı 3 gəmidən 2-sini sərbəst buraxdı

Oxundu: 68
Yəmən saxladığı 3 gəmidən 2-sini sərbəst buraxdı

Yəmən höküməti saxlanılan Cənubi Koreya gəmilərini sərbəst buraxdı.

 

İslaminSesi yemenmonitor-a istinadən xəbər verir ki, Yəmən höküməti artıq gəmilərdən ikisini sərbəst buraxdığını elna edib.

 

“Ənsarullah” liderlərindən Hüseyn əl-Əzzi də bu barədə öz Twitter hesabında paylaşım edib:

"Koreya gəmiləri Sanaa və Seul arasındakı dostluğun bir göstərisi olaraq sərbəst buraxıldı"

 

Xatırladaq ki, Cənubi Koreya Xarici İşlər Nazirliyi dünən, çərşənbə axşamı Husilərin Yəmən Kamaran adası yaxınlığında 3 gəmini saxlaması barədə məlumat yaymışdı.

 

Həmçinin Yəmən Siyasi Şuranın üzvü Məhəmməd Əli əl-Husinin Tvitterdə verdiyi açıqlamaya görə ekipajlar üçün heç bir narahatlığın olmadığını və əgər gəmi Cənubi Koreyaya aid olarsa sərdəst buraxılacağını bildirmişdi.

 

Qeyd edək ki, saxlanılan 3 gəmidən biri Səudiyyəyə, 2-si Cənubi Koreyaya aid olduğu bildirilir. Bu səbəbdən Koreya gəmiləri sərbəst buraxılıb.

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system