Yəhudi jurnalist Rusiya efirindən həmişəlik qovuldu - Qalmaqal

Oxundu: 67
Yəhudi jurnalist Rusiya efirindən həmişəlik qovuldu - Qalmaqal

“Rusiya 1” kanalında “Kimə əleyhinədir” tok-şousunda növbəti ukraynalı qonaqla qalmaqal yaşanıb.

İslaminSesi xəbər verir ki, qalmaqal aparıcı Dmitri Kulikovun ukraynalı ekspert Kirill Jivotovskini studiyadan qovması ilə başa çatıb.

 

Münaqişə Ukraynanın sabiq nəqliyyat naziri, ölkənin yəhudi ictimai hərəkatlarının liderlərindən biri Yevgeni Çervonenkonun bugünkü hakimiyyətin ultrasağçılara yaltaqlandığını deməsindən və bunu “İkinci Dünya Müharibəsinin nasist cinayətkarlarının qəhrəmanlaşdırılması” adlandırmasından sonra baş verib.


Jivotovski cavab olaraq yəhudilərə dair stereotiplərə işarə ilə bir lətifə danışıb. Bundan sonra, milliyyətcə yəhudi olan Almaniya jurnalisti Aleksandr Sosnovski ukraynalıdan studiyanı təcili tərk etməsini tələb edib və əks halda şəxsən özünün onu bayıra atacağıyla hədələyib.


Aparıcı Kulikov əvvəlcə münaqişəni yatırtmağa çalışıb. Qarşı tərəfin suscağına, növbəti mövzuya keçid alacağına ümid edərək, aparıcı Jivotovskinin sözlərini yolverilməz adlandırıb, lakin Jivotovski sadəcə Ukraynada “vətəndaşlığı olan şəxslərin vəziyyəti” haqda danışdığını iddia edib.
Bundan sonra Kulikov cibindən qırmızı vərəqə çıxarararaq “Bu adam bir də heç vaxt efirdə olmayacaq” sözləri ilə Jivotovskini studiyadan qovub./Qaynarinfo/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system