“Yaxın Şərqin yeganə nüvə gücü olan İsrailin heç xoş niyyətlə işi yoxdur” – Səudiyyə rəsmisi

Oxundu: 63
“Yaxın Şərqin yeganə nüvə gücü olan İsrailin heç xoş niyyətlə işi yoxdur” – Səudiyyə rəsmisi

İsrailin Yaxın Şərqdəki “nüvə silahından təmiz bölgə” konfransını boykot etdiyinə görə, Səudiyyə Ərəbistanı İsraili tənqid edib:”Heç xoş niyyətlə işləri yoxdur!”

 

İslaminSesi Sputnik-ə istinadla bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdullah əl-Muallimi, bazar ertəsi Nyu Yorkdakı bir konfransın açılışında məruzə edərkən deyib:

 

“Zaldakı boş yerləri görməyəcəyimizə ümid etdik, amma bu hal hazırda da baş verir. Yəni Yaxın Şərqin yeganə nüvə gücü burada yoxdur. Bu onu göstərir ki, heç xoş niyyətlə işləri yoxdur!”

 

“Səudiyyə Ərəbistanı dünyanın bütün bölgələrində kütləvi qırğın silahlarından azad zonaların yaradılmasını vacib sayır. Xüsusən qeyri-sabit olan Yaxın Şərqdə!” deyən Muəllimi, “beynəlxalq birliyin Bu günə qədər Yaxın Şərqdə bu bölgəni qura bilməməsi bütün dünyada, xüsusən də Yaxın Şərqdə  vəziyyətə mənfi təsir göstərmişdir” deyə sözlərinə əlavə edib.

 

Qeyd edək ki, dünən Nyu-Yorkda “Yaxın Şərqdə nüvəsiz zona” yaradılması ilə bağlı konfransa start verilib. Konfrans noyabırın 22-ə qədər davam edəcək.

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system