"Yaxın Şərq ölkələri ABŞ-ın davamlı basqılarından xilas olmağa çalışırlar" - Əli Orucov

Oxundu: 184

"Əvvəllər ABŞ öz militarist siyasətini demokratiya ixracı pərdəsi altında gizlətməyə çalışırdısa, indi açıq-aşikar təhdid və şantaj dilində danışır, terrorçu və radikal təmayüllü qruplara hər cür dəstəyini əsirgəmir"

Məlum olduğu kimi, 2017-ci ildə Rusiya ilə Səudiyyə Ərəbistanı arasında S-400 zenit-raket sistemlərinin tədarükü barədə razılıq əldə edilsə də, hələ ki satış və göndəriş baş tutmayıb. Amma bu yaxınlarda həmin sistemlərin Krallığa çatdırılması ilə bağlı müzakirələr aparılıb.


Bəs yaxşı, əsasən ABŞ-ın təsir dairəsində olan Səudiyyə ilə bu istiqamətdə danışıqların aparılmasında Rusiyanın hədəfdləri nədən ibarətdir? Moskva Suriya məsələsində Türkiyəni öz tərəfinə çəkdiyi kimi, Səudiyyəni də Qərbin, konkret desək, ABŞ-ın təsirindən qopara biləcəkmi?


Mövzu ilə bağlı fikirlərini İslaminSesi ilə bölüşən polotoloq Əli Orucov dünyadakı nüfuz dairəsi uğrunda Rusiya ilə ABŞ arasında gedən mübarizənin artıq kəskin xarakter aldığını bildirdi. Və dedi ki, bu mübarizədə beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyinə, maraqlarına məhəl qoyulmur:


"Əvvəllər ABŞ öz militarist siyasətini demokratiya ixracı pərdəsi altında gizlətməyə çalışırdısa, indi açıq-aşikar təhdid və şantaj dilində danışır, terrorçu və radikal təmayüllü qruplara hər cür dəstəyini əsirgəmir. SSRİ-nin dövründə Yaxın Şərqdə, Fars körfəzində, Aralıq dənizi sahilləri ölkələrində nəzarəti vardı. Suriya, İraq, Misir, Liviya, Livan və s. kimi dövlətlər isə SSRİ-nin tam təsir dairəsində idi. Baxmayaraq ki, İraqın bir ara SEATO, yaxud Bağdad paktı deyilən sazişə əsasən ABŞ-la hərbi müttəfiqliyi vardı. Lakin sonradan Səddam Hüseyn Moskvaya üz tutdu. ABŞ-in müttəqfiqləri ilə oyun qaydalarını pozması, daha çox tələb etməsi, tərəfdaşlarının daxili işlərinə kobud şəkildə qarışması onları Moskva ilə məcburi yaxınlaşmaya gətirib çıxartdı. Bu baxımdan hazırkı dövr üçün ABŞ-ın NATO-dakı müttəfiqi olan Türkiyəni misal göstərmək olar.


Tramp terror təhdidi ilə Körfəz ölkələrinə basqılarını artıraraq onlardan daha çox güzəştlər qazanmaq istəyir və bunu açıq şəkildə deyir ki, bizə daha çox pul verməsəniz sizi terrorçulardan, yaxud təhlükələrdən qorumayacağıq. İranla münasibətlərin korlanması və sıxışdırılmasının əsl səbəbi bu ölkənin də varını-yoxunu, təbii resurslarını ələ keçirməkdir. Nüvə, uranın zənginləşdirilməsi və s. məsələlər də İraqdakı kimi sadəcə bəhanədir".


Putinin Körfəz ölkələrinə səfəri zamanı necə yüksək səviyyədə və təmtaraqlı qarşılandığını xatırladan politoloqun qənaətinə görə, həmin ölkələr də Moskvanın timsalında ABŞ-ın davamlı basqılarından xilas olmağa çalışırlar. Və paralel olaraq da hərbi gücə çevrilən Kreml ilə yumşlama siyasətlərini nümayiş etdirirlər:


"Husilərin Səduyyə Ərəbstanının neft sənayesinə dağıdıcı zərbələri göstərdi ki, Ər-Riyadın silahlanmaya ayırdığı milyardlar ölkənin müdafiə qəbiliyyətinin etibarlılığına adekvat deyil. ABŞ silahları adi dron hücumlarının qarşısını belə ala bilmir. Səduyyə Ərəbistanına S-400 ZRK-nin tədarükünün gecikdirilməsi İsrail və ABŞ-in basqıları ilə bağlıdır. İsrail Moskvaya, ABŞ isə Səduyyəyə təzyiq göstərir ki, S-400 zenit raket kompleksləri Səduyyəyə çatmasın".


Bununla belə Ə.Orucov Moskvanın həm də burda strateji və iqtisadi-maliyyə maraqlarının olduğunu vurğuladı: "Ona görə də düşünürəm ki, komplekslərin Səduyyəyə çatdırılması gec-tez baş verəcək. Lakin Səduyyə kralı Türkiyə prezidenti kimi iradəli və qətiyyətli deyil. Hesab edirəm ki, Moskva əvvəl-axır körfəzə də girəcək".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system