NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Yatsam yuxuma da girməzdi ki...” - Gənc rəssamı Mübariz Mənsimovla görüşə aparan yol ...

Oxundu: 1364
“Yatsam yuxuma da girməzdi ki...” - Gənc rəssamı Mübariz Mənsimovla görüşə aparan yol ...

Azərbaycanlı iş adamı və xeyriyyəçi “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov zaman-zaman öz həmvətənlərinə, istedadlı gənclərə dəstək olur, onlardan öz köməyini əsirgəmir.

 

İslaminSesi xəbər verir ki,  iş adamı olan həmyerlimizin dəstək durduğu gənc istedadlardan biri də Elmir Ağalarovdur.  

 

Bakı şəhərində yaşayan Elmir Ağalarov mənzillərdə quraşdırılan su filtirləri təmir etməklə ailəsini dolandırır və usta kimi işləyir.

 

Vaxtı olduqca isə portret janrında olan rəsmlər çəkir və bunu öz hobbisi hesab edir.

 

Elmir Ağalarov bir gün “PALMALİ” şirkətlər qrupunun prezidenti Mübariz Mənsumovun və onun oğul övladının portretini çəkmək qərarına gəlir. 

 

Lakin işdən vaxtı olmadığı üçün işlədiyi müəssisənin  rəhbərliyinə müraciə edir. Dediyinə görə, rəhbərlik rəsm çəkmək üçün ona hər gün iki saatlıq icazə verir.  Beləcə Elmir Ağalarovun azərbaycanlı iş adamı və onun oğlunun portretini çəkmək arzusu gerçəkləşir.

 

Elmirin dediyinə görə, rəsm çəkməyə başlayanda onu motivasiya etmək əvəzinə, həvəsdən salanlar çox olub.  Mübariz Mənsimovla görüşə bilməyəcəyini, çəkdiyi rəsmin ona heç bir fayda gətirməyəcəyini desələr də, müsahibim ruhdan düşməyib və işinə davam edib.

 

Nəhayət portreti bitirdikdən sonra, özünə aid İnstagram hesabından Mübariz Mənsimova müraciət ünvanlayıb. Elmir bildirir ki, Türkiyədə yaşayan azərbaycanlı iş adamı ilə görüşəcəyi yuxusuna  belə gəlməzdi.

 

Özünün də gözləmədiyi bir anda azərbaycanlı iş adamı onun müraciətinə müsbət cavab verib və onu Türkiyəyə dəvət edib.

 

Elmir dərhal Türkiyəyə gedərək Mübariz Mənsimovla görüşdüyünü, iş adamına çəkdiyi portreti təqdim etdiyini və olduqca yaxşı qarşılandığını bildirir.

 

Mənsimovun onun çəkdiyi rəsmi bəyəndiyini və yaşam durumu ilə maraqlandığını deyən Elmir Ağalarov gələcək planlarının olduğunu da açıqlayıb.

 

Qeyd edək ki, istedadlı gənc bayraq qəhrəmanı, “Daşaltı” əməliyyatında 103 əsirimizi xilas edən və şəhidlik zirvəsinə ucalan  Rasim Ağalarovun övladıdır.

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MƏDƏNİYYƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system