Yasamalda ağacın budaqları qırılaraq dayanacaqda 3 nəfərin üstünə düşüb

Oxundu: 69
Yasamalda ağacın budaqları qırılaraq dayanacaqda 3 nəfərin üstünə düşüb

Yasamal rayonunda ağacın budaqları qırılaraq dayanacaqda gözləyən 3 nəfər qadının (67, 53 və 38 yaş) üstünə tökülüb.

 

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadası yaralıları KTM-ə çatdırıb.

 

Yaralılardan birinə kəllə-beyin travması, digər ikisində onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib. Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.

 
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system