NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Yasamal və Binəqədidə oğurluq törədən şəxslər tutulub

Oxundu: 203
Yasamal və Binəqədidə oğurluq törədən şəxslər tutulub

Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib saxlanılaraq istintaqa cəlb ediliblər.

 

 

"İslaminSesi.info" bildirir ki, DİN-dən  verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 evdən noutbuk, mobil telefon, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Bayramov saxlanılıb.

 

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən isə rayon ərazisində avtomobillərdən, mağazadan və müxtəlif inzibati binalardan 9 nəfərə məxsus mobil telefonlar, planşet, telefon aksessuarları oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Spartak Salahov saxlanılıb.

 

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system