Yaponiyada əhali evdən çıxmamağa çağırıldı - XƏBƏRDARLIQ

Oxundu: 91
Yaponiyada əhali evdən çıxmamağa çağırıldı - XƏBƏRDARLIQ

Yaponiyada "Hagibis" qasırğası səbəbindən 1600-dən çox aviareys təxirə salınıb.

 

İslaminSesi.info xarici mediaya istinadla xəbər verir ki, beynəlxalq istiqamətlərdə "Japan Airlines Corporation" (JAL), "All Nippon Airways" (ANA) və "Peach Aviation" aviaşirkətləri 262 aviareysi, daxili istiqamətlərdə isə JAL və ANA aviaşirkətləridə daxil olmaqla 13 aviadaşıyıcı 1667 aviareys təxirə salıb.

Bildirilir ki, "Hagibis" qasırğası hazırda saatda 25 kilometr sürət ilə cənub-şərqdən Yaponiya tərəfə hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 65 metrə çatır.

Yaponiyanın Sənaye naziri İsşu Suqavara təşkil etdiyi mətbuat konfransında əhalini ehtiyatlı olmağa, ehtiyac yaranmayacağı təqdirdə evdən çıxmamağa çağırıb. Eyni zamanda, xəstəxanaların və su təchizatı idarələrinin rəhbərlərindən ehtiyat generatorları hazır vəziyyətdə saxlamaq tələb olunub.modern.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system