NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Yaponiya Çini ərazisinə müdaxilə etməkdə ittiham edir

Oxundu: 236
Yaponiya Çini ərazisinə müdaxilə etməkdə ittiham edir

 

Yaponiya baş nazirinin dəftərxanası bununla əlaqədar böhran qərargahı yaradıb

 

Yaponiya baş nazirinin dəftərxanası bununla əlaqədar böhran qərargahı yaradıb.

 

İslaminSesi-nin Life.ru-ya istinadən verdiyi xəbərə görə, bu haqda NHK telekanalı bildirir.

 

Jurnalistlərin məlumatına görə, fevralın 11-də səhər saatlarında Çinə məxsus dörd patrul gəmisi Yaponiya ərazi sularına yaxınlaşıb. Bundan sonra həmin gəmilərdən biri Senkaku adaları ərazisinə daxil olub.

 

Böhran qərargahı hazırda hadisə ilə əlaqədar operativ informasiyanın toplanması ilə məşğuldur.

 

Xatırladaq ki, Tokio ilə Pekin arasında münasibətlər mübahisəli Senkaku adaları 2012-ci ildə Yaponiya hökuməti tərəfindən onların mənsub olduğu fiziki şəxsdən alındıqdan sonra gərginləşib. Həmin vaxt Çində Yaponiya əleyhinə kütləvi nümayişlər keçirilib. Bundan sonra Çin gəmiləri müntəzəm şəkildə mübahisəli adalar ətrafında dolanmaqda davam edir ki, bu da Yaponiya tərəfindən etirazla qarşılanır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system