İQTİSADİYYAT

Oxundu: 5084
Yanvardan etibarən dolların bahalaşacağına dair yayılan şayiələr nə dərəcədə doğrudur?

Yanvardan etibarən dolların bahalaşacağına dair yayılan şayiələr nə dərəcədə doğrudur?

Natiq Cəfərli: “Dövriyyədə manat kütləsi artırsa, bu öz növbəsində dollara olan tələbatı artıran amilə çevrilir”

Yeni ilin gəlişinə bir aydan da az vaxt qalır. Milli valyutası iki dəfə devalivasiyaya uğrayan və yaşayış səviyyəsi xeyli aşağı düşən Azərbaycan xalqı təzə ildə dolların yenidən bahalaşacağından, qiymətlərin artacağından narahatdır. Artıq insanlar arasında bu mövzu ətrafında müxtəlif şaiyələrin yayıldığı müşahidə olunur.

 

Bəs görəsən təzə ildən sonra Azərbaycan manatının taleyi necə olacaq?

 

“İslaminSesi” mövzunu iqtisadçı ekspert Natiq Cəfərli ilə müzakirə edib. Ekspert bildirib ki, gələn il üçün büdcə lahiyəsinə baxdıqda, eləcə də neftin komfortlu qiymətlərini gördükdə, kəskin addımların atılmayacağını deyə bilərik: “Lakin gələn il üçün bir neçə ciddi məsələ mövcuddur. Belə ki, gələn il manat dövriyyəsi kəskin artacaq. Çünki büdcədə 4 milyard manatlıq artım mövcuddur. Bu da əsasən təmir-tikinti işlərinə yönəldiləcək. İqtisadi qanunlara görə, dövriyyədə manat kütləsi artırsa, bu öz növbəsində dollara olan tələbatı artıran amilə çevrilir. Dolların məzənnəsinə bu məsələ təsir göstərə bilər. Lakin kəskin və bir gecəlik devalivasiya şəklində deyil, yüngül addımlar formasında bu hal baş verəcək”.

 

Natiq Cəfərlinin sözlərinə görə, ikinci təsir beynəlxalq aləmdə baş verən proseslərlə bağlıdır: “Belə ki, FED-in uçot dərəcəsini artırması dolların məzənnəsinə təsirsiz ötüşməyəcək. Bu arada FED dekabr ayının 14-də uçot dərəcəsini 0,25 faiz artırmağı planlaşdırır. Əminəm ki, bu baş verəcək. Gələn il üçün isə FED-in artımları 3 faizə qədər nəzərdə tutulub. Bunlar baş verərsə, dolların dünyada bahalaşması qaçılmaz olacaq. Bu isə istər-istəməz Azərbaycana da təsirsiz ötüşməyəcək”.

 

Ekspert qeyd edib ki, Azərbaycanın kəskin dərəcədə neftdən asılı ölkə olması, onun iqtisadiyyatına və milli valyutasına təsir edir: “Hələlik neftin qiyməti Azərbaycanı qane edən səviyyədədir. Lakin bir çox beynəlxalq qurumların proqnozlarına görə, gələn ildən neftin qiyməti 51 dollar civarına qədər aşağı düşə bilər. Bu isə indiki qiymətlərdən 10-12 dollar aşağı göstərici deməkdir. Bu hal baş verərsə, o zaman dollara tələbat artacaq və ABŞ valyutası bahalaşacaq. Amma kəskin artımların və bir gecəlik devalivasiyanın olacağını düşünmürəm. Çünki 2018-ci il həm də Azərbaycanda seçki ilidir. Seçki ilində hökumət tərəfindən kəskin addımların atılacağına inanmıram”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system