NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 637
Yanğında bir ailənin üzvləri yanıq xəsarətləri alıb - YENİLƏNİB

Yanğında bir ailənin üzvləri yanıq xəsarətləri alıb - YENİLƏNİB

Gəncə şəhərində, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin yaşadığı yataqxanada baş verən yanğın zamanı xəsarət alan uşaqların kimliyi məlum olub.

"İslaminSesi.info"  report-a istinadən bildirir ki, hadisə zamanı Alməmmədova Yasəmən (2005-ci il təvəllüdlü), Alməmmədova Şəfiqə (2009-cu il təvəllüdlü), Alməmmədov Təbriz (2010-cu ildə anadan olub), Alməmmədova Aylin (2014-cü il təvəllüdlü), Alməmmədov Tərlan (2007-ci ildə doğulub), Alməmmədov Tunar (2015-ci il təvəllüdlü) xəsarət alıblar.

 

Yaralılardan Y. Alməmmədovanın vəziyyəti ağır, T. Alməmmədovun vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti isə qənaətbəxş hesab olunur. Övladlarını xilas edən Malik Alməmmədovun vəziyyəti orta-ağır, həyat yoldaşının vəziyyəti isə normal qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

"İslaminSesi.info" bildirir ki, APA-nın  verdiyi məlumata görə, hadisə şəhərin Totanlı küçəsində, vaxtı ilə Alüminium zavodunun sanatoriyası olan, hazırda isə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı 3 mərtəbəli binada qeydə alınıb. Hadisə yerinə Gəncə Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Alovun yayılmasının qarşısı alınıb. Binada yaşayan məcburi köçkün 1975-ci il təvəllüdlü Aliməmmədov Malik Hidayət oğlunun mənzilində ev əşyaları yanaraq sıradan çıxıb. M. Alıməmmədov və onun 6 azyaşlı övladı yanğın zamanı yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Yanğının baş vermə səbəbləri araşdırılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system