NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Yanardağ”a giriş qiymətləri açıqlandı

Oxundu: 219
“Yanardağ”a giriş qiymətləri açıqlandı

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna girişin qiymətləri açıqlanıb.

İslaminSesi.info -nın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev açıqlama verib.

 

Onun sözlərinə görə, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda qiymətlər avqustun 1-dən artırılacaq:

 

“Xarici vətəndaşlar üçün qoruğa giriş doqquz manat, yerli vətəndaşlar üçün isə iki manat, tələbələr üçün bir manat, məktəblilər üçün isə pulsuz olacaq.

 

Bir sıra şirkətlər əvvəlcədən saziş bağlayıblarsa və əllərində sübut varsa, onlar köhnə qiymətlərlə qoruğa daxil olacaqlar”.

 

Fuad Nağıyev qeyd edib ki, gün ərzində “Yanardağ”a 500-700 əcnəbi turist gəlir və hazırda da dinamika müşahidə edilir:

 

“Yerli əhali də bura gəlməyə maraqlıdır. Təbliğatı davam etdirməliyik, hotellər, turizm informasiya mərkəzlərində “Yanardağ”la məlumatlar olacaq”.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system