NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 116
Yalan danışmaq və and içmək - Onun şəri hökmü nədir?

Yalan danışmaq və and içmək - Onun şəri hökmü nədir?

Yalan heç bir kəsin, heç bir normal cəmiyyətin bəyənmədiyi və öz sahibini batırdıqca batıran nalayiq bir əməldir.

İslaminSesi.info - Rəvayətdə buyurulur: Allah Rəsulundan (s) möminin günah edə biləcəyi barədə soruşduqda mümkündür ki, imanı ondan ayrılsın və o günah etsin, amma mömin yalan danışmaz deyə buyurdu. Hətta yalan bütün günahların açarıdır kimi ifadələr də deyilib. Çünki diqqət etdikdə özümüz də müşahidə edirik ki, insan yalan danışdıqca sanki günah girdabının içinə çəkilir, batdıqca batır. Çünki dediyi yalanı örtbasdır etmək üçün yeni yalana ehtiyac olur. Bu da öz ardınca fəsad və yalanlar gətirir.

Əxlaq elmində yalan iki qismə bölünür: Bir şeyi etməyəcəyinə dair söz vermək və hər hansı bir şeyi isbat və ya inkar üçün deyilən yalan.

Hər ikisi qəbihdir (pisdir). Bir şeyi etməyəcəyinə dair söz verməklə olan yalanın şəri məsələsi vardır, məsələn and içir ki, daha siqaret şəkməyəcəm, yaxud filan işi görəcəm. Əgər andına xilaf çıxarsa və etinasız yanaşarsa gərək kəffarə versin (cərimə). Bu əməlin kəffarəsi şəri baxımdan belədir: Bir qul azad etmək, 10 fəqiri doydurmaq və ya 3 gün ardıcıl oruc tutmaq. Günahkar gərək bunlardan birini etsin.

Yalanın ikinci növü bir şeyi isbat və ya inkar etmək üçün olan yalandır. Bu yalanın ən pisidir. Bunun şəri kəffarəsi yoxdur. Amma dediyi yalanın təsiri qədər günahı böyüyür. Məsələn Allah qorusun yalanı hətta insan qətlinə belə səbəb ola bilər. İnsan gərək bu cür yalanı tərk etsin və bir daha etməyəci barədə tövbə etsin.

Yalan barədə İmam Əli (ə) buyurub: Mümkündür yalan bir evi boş qoysun, hətta insanı sonsuz (nəsli davamsız ) qoysun. ( Vəsailuş-Şiə. cild-23. səh-202).

 

Y.Nuriyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system