NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Xristian” Krımda uşaqlar üçün “40 gün məscidə gəl- velosiped al!” aksiyası başlanır-İbrətamiz...

Oxundu: 304
“Xristian” Krımda uşaqlar üçün  “40 gün məscidə gəl- velosiped al!” aksiyası başlanır-İbrətamiz...

Müsəlman(!) Azərbaycanda isə uşaqların məscidlərdən uzaq tutulması tələb olunur...

Simferopol rayonunun Levadki kəndindəki "Kadır-Cami" məscidində oğlanlar üçün "40 gün məscidə get və velosiped hədiyyə al!"  devizi altında ibrətamiz aksiya start götürür. 
 

İslaminSesi"nin məlumata  görə, aksiya 6-15 yaşlı uşaqların "məscidə  öyrəşdirilməsi" layihəsi çərçivəsində Krım Müsəlmanları Ruhani İdarəsinin dəstəyi ilə təşkil edilib.  Tədbirdə iştirak etmək üçün 6-15 yaşlı oğlan uşaqları dəvət olunur.  
 
İyun ayının 17-dən iyulun  27-dək məscidə namaza gələn hər bir uşaq xallar alacaq:
 
Sübh namazı - 10 xal;  
Zöhr(günorta) namazı - 3 xal;
Əsr namazı - 4 bal;
Axşam namazı - 3 xal;
Yatsı(işa) namazı  - 10 xal.
 
40 günün nəticələrinə görə ən yüksək xal sayına sahib olan uşağa  hədiyyə olaraq velosiped təqdim ediləcək. Aksiyanın digər bütün iştirakçılarına da müxtəlif  hədiyyələr veriləcək.
 
P.S. Əsrlərlə müsəlman Osmanlı, türk torpağı olmuş Krımın bu gün xristian(!) Rusiyanın işğalı altında olduğunu deyirik. Amma burada, eləcə də Rusiyanın müsəlmanlar yaşayan digər regionlarında uşaqların, şagirdlərin məscidə getməsinin qarşısının alınması faktına rast gəlinmir. Amma heç kəsin işğalı altında olmayan  müstəqil(!) və müsəlman(!) ölkəsi adlanan Azərbaycanda, nə yazıqlar ki, çox məntiqsiz bir yanaşma ilə uşaqların məscidlərə getməsinə, müsəlman ayinlərinin icrasında iştirakına ciddi əngəllər yaradılır. Axı, biz dini, imanı bəlli olmayanların işğalı altında deyilik…
Moderator.az
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system