NAMAZ VAXTLARI:
  • FƏCR 05:10
  • GÜN 06:30
  • ZÖHR 12:32
  • ŞAM 18:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Xoş ümid gözəl nəticə - İmam Sadiq (ə)

Xoş ümid gözəl nəticə - İmam Sadiq (ə)

Ümid imandır, bitməyən xəzinədir! Çünki o inam və imanın bəhrəsidir.

İslaminSesi- Ümid insanın dayağıdır, yaşam səbəbidir. İnsan dünyaya gəldiyi gündən öz ümidləri ilə yoldaşdır. Körpəliyindən belə ümidi onunladır. İnsan böyüdükcə ümidi də özü ilə böyüyür və qüvvətlənir.

 

Heç kəs keçmişə ümid etmir. Ümid gələcəyə inam hissidir və bitməyən bir xəzinədir. Elə buna görədir ki, ümidi gələcəyə aid edirlər.

 

Ümid həm də imandır. Çünki o inam və imanın bəhrəsidir. İnsanın imanı artdıqca ümid yeri kiçilir və nəticədə bir nöqtədə dayanır. Bu “nöqtə” Allahdır. Allahdan qeyrisinə ümid etməyən ən güclü insandır. Bunu təvəkkül və səbr kimi də ifadə edirlər. Bu imanın ən üstan əməli formasıdır.

 

Hər kəsin imanı onun Allaha bağlılığı və ümidi qədərdir. Bu səbəbdən ümidsizlik küfr və imansızlıq kimi dəyərləndirilir. Quran ümidsizliyi küfrə bərabər hesab edir və Allahın rəhmətindən naümüd olmayın deyə buyurur:

 

“Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” (Yusif-87)

 

Həmçinin İmam Sadiq (ə) ümidi insanın gələcək taleyində həlledici amil hesab edir. Çünki insanın Allah rəhmətinə və gələcəyə ümidi olmasa onun yaşam və mübarizlik hissi aradan gedər. Bu da imansızlıq və bədbinliklə nəticələnər. Allahın rəhmət və mərhəməti genişdir və Ona ümid edəni naümid qaytarmaz. İmam Sadiq (ə) bu barədə belə buyurur:

 

“Allaha xoş ümidli olun! Çünki rəbbimiz belə buyurur:

Mən mömin bəndəmin ümidiyəm.

Əgər mömin bəndəm mənə xoş ümidli olsa, mən də onunla bu gümana uyğun rəftar edərəm.

Yox əgər bədgüman olsa bu bədgümanına uyğun rəftar edərəm.”

(Mizanul-hikmət 4/577)

 

Yaşar Nuriyev

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system