NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:43
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 193
Xırdalandakı atışmaya görə 5 nəfərin məhkəməsi başladı

Xırdalandakı atışmaya görə 5 nəfərin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl, quldurluq və digər cinayətlərdə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Məhəmməd Əhmədov və Allahverdi Ruzpeykarın cinayət işi üzrə məhkəmə iclası başlayıb.


"İslaminSesi.info" bildirir ki, APA-nın məlumatına görə, hakim Azər Paşayevin sədrlik etdiyi hazırlıq iclasında Anket məlumatları dəqiqləşdirilib. Hazırda iclas davam edir.

 

Qeyd edək ki, ötən il martın 31-də Xırdalan şəhərində atışma baş verib.

 

Təqsirləndirilən şəxslərlə digər bir neçə nəfər arasında baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

 

Hadisənin borc pul üstündə baş verdiyi, təqsirləndirilən şəxslərin kriminal aləmə yaxın olduqları bildirilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system