ÖLKƏ

Oxundu: 109
Xırdalanda yanğın olub, 9 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB

Xırdalanda yanğın olub, 9 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB

Xırdalanda yaşayış binasında yanğın olub.

 

Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 14-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqilləri 45 p.m, 64 ədəd işıq və 8 ədəd su sayğacı yanıb.

 

 Yüksək temperaturdan binanın çardağı qismən qarsalanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 36 nəfər bina sakinini təhlükəsiz əraziyə təxliyə edib. Yanğın zamanı 9 nəfər tüstüdən zəhərlənmiş halda Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Respublika Toksikologiya Mərkəzinə aparılıb. Binanın çardağı və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

***

"İslaminSesi.info" APA-ya istinadən xəbər verir ki,  hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Xilasedicilər 30 nəfər bina sakinini təxliyə edib.

 

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system