NAMAZ VAXTLARI:
  • FƏCR 06:00
  • GÜN 07:23
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Xəzərdə balıqçılar təhlükədə - Külək qayığı aparır

Oxundu: 49
Xəzərdə balıqçılar təhlükədə - Külək qayığı aparır

Bu gün saat 12:44 radələrində Novxanı qəsəbəsində taxta qayıqla dənizə çıxan 2 balıqçının təhlükə ilə üzləşməsi barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologilayalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub.

"İslaminSesi.info" bildirir ki, Dövlət Dəniz Agentliyindən  daxil olan xəbərə görə, məlumatda bildirilib ki, sahildən 10 km məsafədə qayığın hərəkət vericisi xarab olduğundan su axını balıqçılar olan qayığı açıq dənizə doğru aparır. 

 

Milli Mərkəz tərəfindən dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Bakinskaya – 3” gəmisi kömək üçün hadisə yerinə yönəldilib. Hazırda Milli Mərkəz tərəfindən xilasetmə əməliyyatlarının koodinasiyası həyata keçirlir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system