Xeyir və şərin mübahisəsi - Tələbədən ateist professora İBRƏTAMİZ cavab

Oxundu: 123
Xeyir və şərin mübahisəsi - Tələbədən ateist professora İBRƏTAMİZ cavab

Bu, qaranlığa bənzəyir, harada kı işıq yoxdur, deyirik ora qaranlıqdır... bu, soyuğa bənzəyir, harada ki istilik yoxdur, deyirik soyuqdur...

Professor dərsdə tələbənin birinə sual verir:
- Hər nə varsa, Allah yaradıb?

- Əlbəttə, professor. Nə varsa, Allah yaradıb.


- Allah hər şeyi, hər şeyi yaradandır?
- Əlbəttə, ser.


O zaman professor belə dedi:
- Əgər hər şeyi Allah yaradıbsa, deməli şəri də Allah yaradıb. Əgər nəzərə alsaq ki, bizim gördüklərimiz, əməllərimiz bizim kimliyimizi təyin edir, belə çıxır ki, Allah özü şərdir. Düz deyirəm?


Çaşıb qalan tələbə cavab verməyə çətinlik çəkdi. Bundan xoşhallanan professor, gülümsədi və sevindi ki, öz fikirlərini necə də asan sübut edə bildi. Bu zaman tələbələrdən biri əlini qaldırıb, söz istədi:


- Professor, sizə sual vermək olar?
- Buyur.


Tələbə ayağa qalxaraq sual verdi:
- Professor, soyuq mövcuddur?
- Bu nə sualdır? Əlbəttə, mövcuddur. Sənə heç vaxt soyuq olmayıb?


Professorun bu tip cavabına otaqda olan digər tələbələr gülsə də, həmin tələbə davam etdi:
- Səhv edirsiniz, professor. Əslində, soyuq deyilən bir şey mövcud deyil. Fizikanın qanunlarına əsasən, bizim soyuq saydığımız, əslində istiliyin olmaması deməkdir. Sıfır dərəcə Selsidə istiliyin tam yox olması, ətraf mühütün reaksiyasının aşağı düşməsi istiliyin olmaması deməkdir ki, biz buna ad qoyub, soyuq deyirik.


Tələbə davam etdi:
- Professor, bəs qaranlıq mövcuddur?
- Əlbəttə, mövcuddur.


- Professor, siz yenə səhv edirsiniz. Qaranlıq məfhumu əslində işığın olmamasına deyilir. Siz işıqlığı, onun gurluğunu ölçə bilərsiniz, amma qaranlığın yox. Çünki qaranlıq artıq özü-özlüyündə işığın sıfra bərabər olması deməkdir.


Sonda tələbə bir daha sual verdi:
- Professor, bəs şər qüvvələr, şər özü mövcuddur?
- Əlbəttə, mən özüm bir az öncə bunu sübut etdim.


Buna cavab olaraq tələbə:
- Yox, yenə səhvsiniz. Əslində, şər öz-özlüyündə heçdir. Şər Allahsızlıq deməkdir. Bu qaranlığa bənzəyir, harada kı işıq yoxdur, deyirik ora qaranlıqdır, bu soyuğa bənzəyir, harada ki istilik yoxdur, deyirik soyuqdur. Eləcə də Allahsız qəlbli insanlara şər insanlar deyirik. Sevgi olmayan qəlblərə, boş qəlblərə şər deyilir, professor! Belə çıxır ki, şər özü sübut edir ki, Allah var!


Bu tələbənin adı Albert Eynşteyn idi!

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system