NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Xəstəxanada hadisə - 7 nəfər Toksikologiyaya aparıldı

Oxundu: 94
Xəstəxanada hadisə - 7 nəfər Toksikologiyaya aparıldı

Respublika Taksikologiya Mərkəzinə aparılan tibb işçilərindən 3-ü evə buraxılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, gətirilənlərin hamısı kəskin baş ağrısından şikayətləniblər.

“Tibb işçilərindən əlavə, poliklinikaya gəlmiş 2 nəfər də Respublika Toksikologiya Mərkəzinə aparılıb, amma onlara ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. Hazırda 4 nəfər qalıb ki, onların da vəziyyəti normaldır, yaxın saatlarda evə göndəriləcəklər”, - Abubəkirov deyib.

 

Hazırda kəskin iyin səbəbi araşdırılır.

 

*    *   *

Nərimanov rayonundakı 8 saylı poliklinikada gözlənilməz hadisə baş verib - binada qaz xətti olmadığı halda ətrafı kəskin qaz iyi bürüyüb. Baş həkim Tamella Kərimova dərhal işi dayandırıb, işçilər təxliyə edilib, bu barədə Fövqəladə Hallar Nazirliyinə və hüquq-mühafizə orqanlarına məlumat verib.

 

"İslaminSesi.info"  virtualaz.org-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov təsdiqləyib. Onun sözlərinə görə, mühasib də daxil olmaqla 7 nəfər zəhərlənmə diaqnozu ilə Respublika Toksikologiya Mərkəzinə aparılıb. Hazırda onların vəziyyəti normaldır, yardım göstərildikdən sonra evə buraxılacaqlar.

 

Hhüquq-mühafizə orqanlarının əməkdaşları poliklinikadadırlar, onlar kəskin iyin nədən yarandığını araşdırırlar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system