NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:43
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 117
Xəlil Rzanın həyat yoldaşına qarşı dələduzluq edən şəxsin məhkəməsi olub

Xəlil Rzanın həyat yoldaşına qarşı dələduzluq edən şəxsin məhkəməsi olub

Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İslaminSesi APA-nın xəbərinə istinadən bildirir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə M. Şəsiyevin adına olan mülkiyyəti müəyyənləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə sorğu verilməsi haqqında qərar qəbul edilib.

 

 

 

Məhkəmədə məlum olub ki, M. Şəmsiyev Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü və hüquqşünası olub. O, həmçinin "Yazıçı" Nəşriyyatının direktoru vəzifəsində çalışıb.

 

O da məlum olub ki, iş üzrə zərərçəkmiş şəxslərdən biri AYB sədrinin müşaviri Rauf Aslanovdur.

 

Proses iyunun 1-dək təxirə salınıb.

 

Xatırladaq ki, ötən prosesdə M. Şəmsiyevin F. Ulutürkə qarşı vurulan ziyanı ödədiyi açıqlanıb

 

M. Şəmsiyev digər zərərçəkmişlərə vurulan ziyanı ödəmək üçün məhkəmədən vaxt istəyib.

 

 İttihama görə, M. Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək, həyat yoldaşı Firəngiz Ulutürkə qarşı təxminən 4 min manat məbləğində dələduzluq edib. M. Şəmsiyev məhkəmə dövründə F. Ulutürkə vurulan ziyanı tam ödəyib.

 

İş üzrə daha bir neçə nəfərə qarşı dələduzluq edilib. Digər zərərçəkmişlərə vurulan ziyanın miqdarı 100 min manatdan çoxdur.

 

Həbs edilən M. Şəmsiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

 
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system