NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 353
Xəlifə Xaftar vəfat edib

Xəlifə Xaftar vəfat edib

İslaminSesi bildirir ki, Liviya Milli Ordusunun komandanı Xəlifə Xaftar Parisdə vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə Liviya KİV-ləri məlumat verib.

 

Məlumata görə, bir müddət əvvəl insult keçirən 76 yaşlı X.Xaftar Paris xəstəxanalarının birinə yerləşdirilib.

 

 

2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir. Tobrukdakı hökumət həmçinin general Xəlifə Xaftarın ordusu ilə birgə radikal islamçılara qarşı mübarizə aparır. Ötən il tərəflər 2018-ci ildə Liviyada prezident seçkilərinin keçiriləcəyinə dair razılığa gəliblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system