NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Xəlifə Həftər taktikasını dəyişir: hədəf - YAŞAYIŞ MƏNTƏQƏLƏRİ

Oxundu: 85
Xəlifə Həftər taktikasını dəyişir: hədəf - YAŞAYIŞ MƏNTƏQƏLƏRİ

General Xəlifə Həftərin başçılıq etdiyi Liviya milli ordusunun aviasiyası Tripolinin şərq və qərbində yerləşəm yaşayış məntəqələrinə zərbələr endirib.

İslaminSesi-nin Haberler.com-a istinadən verdiyi xəbərə görə, aprelin 4-dən Tripoliyə hücuma keçən Həftər ordusu 40 gün ərzində Liviya paytaxtını ələ keçirə bilməyib.

 

İlk öncə ordu cənub istiqamətindən Tripolini ələ keçirməyə çalışsa da, Milli Razılıq Hökumətinin sərt müqavimətilə rastlaşıb.

 

Bundan sonra general taktikanı dəyişmək qərarına gəlib və onun aviasiyası şərqdə Təcur məntəqəsinə, qərbdə isə Cənzur məntəqəsinə, eləcə də paytaxtdan qərbdə yerləşən Əz-Zaviyyə şəhərinə zərbələr endirib.


Qeyd edək ki, daha öncə Həftər ordusu sıx əhalisi olan regionlara hücum etməməyə çalışırdı.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Tripoli uğrunda gedən döyüşlər zamanı 400 nəfərdən çox dinc sakin öldürülüb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system