NAMAZ VAXTLARI:
  • FƏCR 04:58
  • GÜN 06:20
  • ZÖHR 12:36
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Xankəndinin meri Sərkisyan, Laçının meri Aleksanyan, Kəlbəcərin meri Çilingəryan oldu...

Oxundu: 91
Xankəndinin meri Sərkisyan, Laçının meri Aleksanyan, Kəlbəcərin meri Çilingəryan oldu...

Urra!!! Yenə də heç bir dövlət işğal altındakı torpaqlarımızdakı qanunsuz seçkiləri tanımadı...

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejim sentyabrın 8-də baş tutmuş faktiki bələdiyyə seçkilərini özləri üçün uğurla başa çatdırıb.


İslaminSesi Moderator.az-a istinadla xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, Ermənistandan gələn və yerli müşahidəçilər Azərbaycan Respublikasının hüquqi torpaqlarında de-fakto keçirilən qanunsuz seçkilərdə elə bir ciddi “qanun” pozuntusu qeydə almayıb.


Seçkilərin nəticələri artıq elan olunub. Beləliklə, nə qədər acı olsa da, işğal altındakı bəzi şəhər və rayon mərkəzlərimizin yeni merləri ilə tanış olaq:


Xankəndi – David Sərkisyan, Şuşa – Artsvik Sərkisyan, Laçın- Narek Aleksanyan, Kəlbəcər – Sergey Çilingəryan, Ağdərə- Mişa Gürcyan, Xocavənd – Ayk Sərkisyan, Əsgəran – Samvel Ağacanyan, Hadrut – Vahan Savadyan və s. və i.a.


P.S. Bizimsə separatçılara cavabımız bir-iki “kəskin” və “tutarlı” bəyanat, təsəllimiz isə Ermənistandan başqa heç bir dövlətin Qarabağdakı seçkiləri tanımaması oldu... Urra!!!

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system