NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Xanım Zəhranın(s.ə) qəbrini ziyarət etmək istəyən bu yazını oxusun - Alimlərin məhzərində

Oxundu: 341
Xanım Zəhranın(s.ə) qəbrini ziyarət etmək istəyən bu yazını oxusun - Alimlərin məhzərində

Alimin üzünə baxmaq ibadətdir buyurub Allah Rəsulu (s).

İslaminsesi.info- Bir neçə şəxslər vardır ki, onların hüzurunda oturmaq, üzlərinə baxmaq ibadətdir. Allah Təala bu əməli ibadət hesab edir və ibadət savabı bəxş edir. Bu şəxslərdən biri də alimləridir. O alimlər ki, onlar üçün Həzrət Peyğəmbər (s) “Alimlər mənim elmimin varisləridir” deyə buyurub.

 

 Belə alimlər Allahın və peyğəmbərin dəyərli kəlamlarını insanlara çatdırır, bu kəlamlardan əldə etdiyi hikmət və bərəkətlə ömrünü insanlığa xidmətə sərf edir.

 

Ayətullah Mərəşi Nəcəfi böyük alim və ariflərdəndir. O öz xatirələrinin birində Xanım Zəhranın (s.ə) mübarək məzarının ziyarət olunması məsələsinə işarə edib. Təbii ki, Xanımın (s.ə) pak məzarını ziyarət etmək hər kəsin qəlbində xüsusi yeri olan məsələdir. Lakin ilahi hikmətlə bu pak məzarın yeri hər kəs üçün aşkar deyildir.

 

Böyük alimin oğlu atasından bir xatirə olaraq deyir:

 

“Mükaşıfə aləmində Əmirəl-möminin Əli (ə) atama dedib:

 

Əgər Xanım Zəhranı (s.ə) ziyarət etmək istəyirsinizsə, Qumda qızım Fatiməni (Məsuməni) ziyarət edin.”

 

 

Ayətullah Mərəşi Nəcəfi ailəsində doğulmuş, Nəcəf elmi hövzəsində dərs almış,sonra Qum şəhərinə hicrət etmiş, Qum elmi hövzəsində təlim və tədrislə məşğul olmuş, 92 ilə yaxın bərəkətli ömür sürmüşdür.

 

Ayətullah Mərəşi Nəcəfi öz kitabxanası ilə məhşurdur. Ustad Nəcəf şəhərindən Quma hicrət edərkən özü ilə zəngin kitabxanasını da gətirmiş, Qumda olduğu müddətdə bu kitabxananı daha da zənginləşdirmişdir. Hazırda alimin kitabxanası dünyanın ən zəngin kitabxanalarından biridir.

 

Ayətullah Mərəşi Nəcəfi dünyasını dəyişdikdə bütün İslam aləmi hüznə qərq olur, İran, Pakistan, Livan kimi öklələr 3 gün rəsmi matəm elan edirlər.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system