“Xalq təhlükəli bir planı dəf etdi” – Ayətullah Xamenei Təbrizi xüsusi vurğuladı

Oxundu: 2052
“Xalq təhlükəli bir planı dəf etdi” – Ayətullah Xamenei Təbrizi xüsusi vurğuladı

"İran xalqının vasitəsilə çox geniş və təhlükəli bir plan məhv edildi. Ona çoxlu pul və zəhmət sərf etmişdilər ki, pusquda durub, onu həyata keçirsinlər, lakin xalqın vasitəsilə planları məhv oldu. İran xalqının qarşısında təzim edir, dərin təşəkkürümü bildirirəm."

 

İslaminSesi İRNA-ya istinadən xəbər verir ki, İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei bu sözləri bu gün "Bəsic" Təşkilatının minlərlə üzvü qarşısında çıxışı zamanı deyib.

 

Son etirazlara münasibət bildirən İnqilab Rəhbəri, etiraz etməyi xalqın haqqı olduğunu bildirib, lakin  iğtişaş və şəhərə od vurmağı isə düşmənin planının bir parçası adlandırıb. 

 

Düşmənin bu planlara çoxlu vaxt və vəsait xərclədiyini deyən İnqilab Rəhbəri, dirayət və zamanında müdaxilə etməsinə, ölkə mənafeini hər şeydən üstün tutub düşmənə qarşı bir olmasına görə xalqa dərin təşəkkür edtiyini, xaql qarşısında ehtiramla təzim edtiyini bildirib.

 

Xalqın təhlükəzlik qüvvələrindən daha fəal davranmasına işarə edən İnqilab Rəhbəri, Təbriz və Zəncan əhalisini dövlətə dəstəyini və fitnəyə qarşı birinci çıxmasını xüsusi şəkildə qeyd edib:

 

“İran xalqının böyük hərəkatı Zəncan və Təbrizdən başladı. Sonra digər bölgələr. Tehran isə imperializmin və sionizmin planlarının suqut etdiyi yer oldu.”

 

Ayətullah Xamenei həmçinin “Bəsic Təşkilati”nın tarixindən danışıb və fəaliyyətindən bəzi məqamlara toxunub.

 

Xatırladaq ki, noyabırın 15-də benzinin bahalaşması ilə bağlı qərardan sonra İranın bir çox şəhərlərində etirazlar başlayıb. Bəzi bölgələrdə isə etirazlar iğtişaş halını alıb. İğtişaşçılar hətta dini tədris ocaqlarına, məscidlərə belə hücum edərək Quran və dini kitabları yandırıb.

 

Bunu ardınca İran əhalisi böyük izdihamla şəhərlərə, meydanlara axışaraq Ali Dini Rəhbəri dəstəkləyən, fitnəyə yox deyən şüarlar səsləndiriblər. İğtişaşlara etiraz edən və Ali Dini Rəhbəri dəstəkləyən birinci təbrizlilər oldu.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system