NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Wikileaks”in informatorunu ABŞ-a “satan” haker öldü

Oxundu: 524
“Wikileaks”in informatorunu ABŞ-a “satan” haker öldü

“Wikileaks” saytı ilə əməkdaşlıq etmiş ABŞ hərbçisi Bredli Menninqi federal orqanlara “satmış” haker Adrian Lamo 37 yaşında dünyasını dəyişib.

İslaminSesi BBC-ə istinsadən bildirir ki,  xəbər verir ki, hakerin ölüm səbəbi hələ ki, elan edilməyib.

 

Bir neçə il əvvəl Lamo “Yahoo” və “Microsoft” kimi korporasiyaların daxili şəbəkələrini “sındırıb”, eyni zamanda “The New York Times”ın kompüter sistemlərinə müdaxilə edə bilib.

 

Ancaq o, qalmaqallı “Bredli Menninq işi” ilə bağlı məşhurlaşıb.

 

ABŞ hərbçisi Menninq onunla yazışmalarında, “Wikileaks”ə məxfi materialları, o cümlədən 2007-ci ildə İraqda ABŞ helikopterindən insanların güllələnməsi görüntüsünü ötürdüyünü bildirib.

 

Lamo bu barədə ABŞ xüsusi xidmət orqanlarını məlumatlandırıb və Menninq saxlanılaraq, 35 il müddətinə azadlıqdan məhrum edilib. 2017-ci ildə sabiq ABŞ prezidenti Barak Obamanın əfv fərmanından sonra azadlığa çıxıb.

 

Lamo hələ 2011-ci ildə bildirmişdi ki, o, informatoru könüllü şəkildə “satmayıb”, onu buna məcbur ediblər.

 

“Wikileaks” təsisçisi Culian Assanc Lamonu “vicdanla bağlı heç bir anlayışı olmayan yazıq fırıldaqçı” adlandırmışdı.Deyerler.org

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system