NAMAZ VAXTLARI:
  • FƏCR 05:59
  • GÜN 07:22
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“WhatsApp” istifadəçilərinə haker təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Oxundu: 165
“WhatsApp” istifadəçilərinə haker təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

"WhatsApp" messencerinin istifadəçilərinə hesab məlumatlarına mümkün haker hücumları barədə xəbərdarlıq edilib.

 "İslaminSesi.info" "ICTnews"a istinadla xəbər verir ki,  şirkət nümayəndələrinin sözlərinə görə, "Android" və "iOS" əməliyyat sistemlərində işləyən mobil əlavələr təhlükəyə məruz qala bilər.
 
Mütəxəssislərin sözlərinə görə, zərərli proqram daxil olan videozəng cavablandırılan zaman işə düşür. Mobil əlavənin ələ keçirilməsi üçün hakerlər "WhatsApp"ın dinamik yaddaşını özünə tabe edən yoluxdurulmuş "RTP" protokolundan istifadə edirlər.
 
Qeyd olunan boşluğun avqustda aşkarlanmasına baxmayaraq problem əlavənin yenilənməsi ilə sentyabrın sonunda həllini tapıb. Messencerin köhnə versiyası isə təhlükə altında olaraq qalır.
 
Bundan əvvəl "WhatsApp" əlavəsində hakerlərə məlumatları ələ keçirərək onların məzmununu dəyişməyə imkan verən boşluq aşkarlanıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system