“WhatsApp” bəzi smartfonlarda işləməyəcək

Oxundu: 117
“WhatsApp” bəzi smartfonlarda işləməyəcək

2020-ci il fevralın 1-dən “WhatsApp” köhnəlmiş əməliyyat sistemlərində dəstəklənməyəcək.

 

İslaminSesi İnterAz - a istinadən bildirir ki, bu barədə xidmətin bloqunda məlumat verilib.  

 

Dəyişikliklər “Android” və “iOS” əməliyyat sistemli telefonlara aid olacaq. Mesencer “Android 2.3.x” (Gingerbread) və 2014-cü ilin “iOS 8”də işləməyəcək.

 

“WhatsApp”dan istifadəyə davam etmək üçün telefon sahibləri əməliyyat sistemlərini ən son versiyaya qədər yeniləməli, bu, mümkün olmadığı halda isə yeni telefon almalıdırlar.

 

Bundan əlavə, mesencer “Windows Phone”nun bütün versiyalarında işləməyəcək. Bu, 2019-cu ilin dekabrın 31-də baş verəcək.

 

Qeyd edək ki, “WhatsApp” dünyanın ən məşhur ismarıclaşma mobil əlavələrindən biridir. 2018-ci ilin fevralına olan statiskik göstəricilərə əsasən, mesencerdən bir milyard yarımвфт çox insan istifadə edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system