HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 177
Vyanada İranın nüvə proqramı üzrə sazişinin yerinə yetirilməsi müzakirə ediləcək

Vyanada İranın nüvə proqramı üzrə sazişinin yerinə yetirilməsi müzakirə ediləcək

İslaminsesi-nin RİA-ya istinadla verdiyi məlumata görə, beynəlxalq "altılıq" ölkələri və İranın nümayəndələrindən ibarət birgə komissiya çərşənbə axşamı Vyanada Tehranın nüvə proqramı haqqında sazişinin yerinə yetirilməsi üzrə görüş keçirəcəklər.

Onlar görüşdə sənədin nəinki implementasiyasının (beynəlxalq termin - mənası həyata keçirmə, yerinə yetirmə, praktiki tətbiq etmə deməkdir - İS) gedişi, həmçinin İran tərəfinin Avropa diplomatiyasının başçısı Federika Mogeriniyə ünvanladığı sonuncu məktubunda qaldırdığı məsələləri müzakirə etmək niyyətindədirlər.

 

Görüş siyasi direktorlar səviyyəsində keçiriləcək, sədrliyi Avropa xarici siyasət xidmətinin baş katibi Helda Şmid edəcək.


Federika Mogeriniyə məktub, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tərəfindən 2016-cı ilin 16 Dekabr tarixində göndərilmişdi. Məktubda rəhbəri sazişin yerinə yetirilməsi zamanı Amerika hökumətinin öz öhdəliklərini yerinə yetirmədiyi haqda qeyd var.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system