Vladimir Putin BMT Təhlükəsizlik Şurasının zirvə görüşünü toplayır

Oxundu: 91
Vladimir Putin BMT Təhlükəsizlik Şurasının zirvə görüşünü toplayır

Rusiya prezidenti Vladimir Putin BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin dövlət başçılarının zirvə görüşünün keçirilməsini təklif edib.

İslaminSesi xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

 

Putini fikrincə, BMT TŞ-nın 5 daimi üzvü ABŞ, Çin, Rusiya, Fransa və Böyük Britaniya təhlükəsizlik üzrə birgə tədbirləri həyata keçirə bilərlər. Rusiya dövlət başçısı belə hesab edir ki, dünyada getdikcə artan şovinizm, rasizm, antisemitizm kimi təhdidlər qarşısında ortaq hərəkət etmək vacibdir.


“Biz təkcə bu sözləri birbaşa deməklə kifayətlənməyib, dünyanı qorumaq və onun uğrunda mübarizə aparmaq cəsarətini göstərməliyik”,-deyə Kremlin rəhbəri qeyd edib.


Vladimir Putin BMT TŞ-nın daimi 5 üzvünün “sivilizasiyanın müdafiəsi üçün xüsusi məsuliyyət daşıdığını” sözlərinə əlavə edib.


Rusiya lideri sammitin məhz 2020-ci ildə İkinci Dünya müharibəsinin bitməsinin və BMT-nin əsasının qoyulmasının 75 illiyində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, bundan başqa həmkarları ilə dünyanın istənilən nöqtəsində müzakirə aparmağa hazır olduğunu vurğulayıb.


BMT-nin özündə Rusiya dövlət başçısının təklifi müsbət qarşılanıb. Bu barədə təşkilatın Baş katibi Antoniu Quterrişin rəsmi nümayəndəsi Farhan Hakın bəyanatında deyilir. O, BMT üzvləri arasındakı istənilən dialoqa ancaq sevinə biləcəklərini söyləyib./Musavat.com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system