Viris təhlükəsinə rəğmən İndoneziya bazarlarında turistlərə yarasa əti təklif edilir

Oxundu: 73
Viris təhlükəsinə rəğmən İndoneziya bazarlarında turistlərə yarasa əti təklif edilir

Dünya koronovirusla çarpışdığı bir vaxtda İndoneziyada bazarlarda hələ də yarasa satılır.

 

İslaminSesi skynewsarabia-ya istinadən xəbər verir ki, bir sıra elm adamları yarasanın mindən çox insanın ölümünə səbəb olan "Corona" virusunun yayılmasına səbəb olduğunu desələr də, hələ də bəzi ölkələrdə buna əhəmiyyət verilmir.

 

Mənbənin bildirdiyinə görə İndoneziya bazarlarında hələ də yarasa satılmaqda, turistlərə yemək kimi təklif olunmağda davam edir.

 

İngiltərənin "Daily Mail" qəzetinin yazdığına görə, "Tomohon" bazarının satıcıları müştərilərin quş ətinə olan tələbini ödəmək üçün belə bir təkliflərin olduğunu təsdiqləyiblər.

 

Yerli hökümət orqanlarının virus təhlükəsi ilə bağlı bu kimi heyvanların satışına qadağa təyin etdiyi bildirilsə də, satıcıların buna mələl qolmadığı qeyd olunur.

 

Xatırladaq ki, dünyanı təhlükə ilə qarşı-qarşıya qoyan koronavirusun Çinin Vuhan şəhərində olan, ilan, it, yarasa kimi müxtəlif heyvanların satıldığı bir bazarından vüsət tapdığı bildirilir.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system