NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Yerevanda etiraz aksiyası: “Paşinyan inqilab etməyib, hakimiyyəti hədiyyə alıb” - Video

Yerevanda etiraz aksiyası: “Paşinyan inqilab etməyib, hakimiyyəti hədiyyə alıb” - Video

“Müəllim, hərbçi, dövlət qulluqçusu öz ailələrini saxlamağa yetəri qədər əmək haqqı almır, çətin vəziyyət ucbatından gedib taksi sürücüsü işləyirlər, 99% bu belədir”.

 

“İslaminSesi” - Erməni KİV-i xəbər verir ki, bu barədə bu gün Ermənistan hökumət binası qarşısında baş tutan etiraz aksiyasında nümayişçilər qeyd ediblər.

 

“Həmin Nikol Paşinyan özü demişdi ki, may ayında keçiriləcək seçkilərədək hamı üçün bərabər şərait yaradılacaq. Bununla da xalqı eyforiya içinə salaraq, səs topladı. Nikol Paşinyan inqilab etməyib, hakimiyyəti hədiyyə alıb. Serj Sarkisyan hakimiyyəti sinidə Nikol Paşinyana hədiyyə verib. Sən, Nikol Paşinyan, Levon Ter Petrosyanın etdiklərini, təkrar edirsən”, - deyə etiraz aksiyasının iştirakçısı Viqen Davtyan qeyd edib.

 

Onun fikrincə, Yerevanın nəqliyyat yükü, taksilərin say çoxluğu, yaranan problemlər səriştəsiz idarəetmənin nəticəsidir. Taksi sürücüləri qeyri-bərabər iş şəraitinə və ümumiyyətlə işsizliyə görə hökuməti, Nikol Paşinyanı tənqid edib, indiki hakimiyyətin əvvəlkilərdən heç bir fərqi olmadığı, əhalinin güzaranı üçün heç bir əməli tədbir görülmədiyini xatırladıblar.(Virtualaz)

 

 

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO