NAMAZ VAXTLARI:
  • FƏCR 05:59
  • GÜN 07:22
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Yarpaq yeyərək həyatda qalmağa çalışan yəmənlilərin acı taleyi - VİDEO

Yarpaq yeyərək həyatda qalmağa çalışan yəmənlilərin acı taleyi - VİDEO

Yəməndə 4 ildir davam edən müharibə səbəbiylə xalq aclıqla mübarizə aparır.

İslaminSesi - "Sky News" xəbər kanalı yaydığı görüntülərdə yəmənlilərin ərzaq tapmadıqları üçün yarpaq yeyərək həyatda qalmağa çalışdıqlarını nümayiş etdirib.

 

Ölkənin şimalındakı Aslam bölgəsində qeydə alınan görüntülərdə əksəriyyəti qadın və uşaqlardan ibarət olan bir qrup yəmənli yaşadıqları çətinlikləri danışıb. Onlara heç kimin kömək etmədiyini qeyd edən yəmənlilər həyatda qalmaq üçün ağaclardakı yarpağı qaynadıb yemək və uşaqlarına yedirtmək məcburiyyətində qaldıqlarını söyləyib.

 

Görüntülərdə yarpaq yeyən uşaqlar və qeyri-kafi qidalanmadan bədəni deformasiya olmuş bir adam yer alır. Qeyd edək ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir.

Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəlik və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər.

/Eastnews/

 

 

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO