Xaçmazda avtomobil 35 yaşlı qadını belə vurdu - REAL VİDEO

Xaçmazda avtomobil 35 yaşlı qadını belə vurdu - REAL VİDEO

Avtomobil yüksək sürətlə hərəkətdə olduğu üçün sürücü onu saxlaya bilməyib

 

Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

İslaminSesi  Azərtac-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Nəriman Nərimanov küçəsində qeydə alınıb. Qəza zamanı 99 FT 859 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil piyada Xaçmaz rayonu Qobuqırağı kənd sakini, 1986-cı il təvəllüdlü Fərqanə Pənahovanı vurub.

 

Qadın ciddi bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. F.Pənahovanın vəziyyəti stabildir. Həyatı üçün təhlükə yoxdur.

 

Faktla bağlı araşdırma aparılır.

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO