Türkiyə Suriyada rus pilotsuz təyyarəsini vurdu - VİDEO

Türkiyə Suriyada rus pilotsuz təyyarəsini vurdu - VİDEO

Türkiyə Suriya üzərindəki rus pilotsuz təyyarəsini məhv edib.

Bu gün Rusiyaya məxsus pilotsuz kəşfiyyat uçuş aparatı Türkiyə ordusu tərəfindən vurulub. 

 

İslaminSesi xəbər verir ki, bu haqda xarici avia.pro nəşri məlumat yayıb.


Təqdim olunan videoda, həqiqətən, müəyyən bir uçan aparatdan bəhs edildiyi və çox güman ki, portativ zenit raket sistemindən istifadə olunduğu görünür. Lakin pilotsuz təyyarəni dəqiq müəyyən etmək olmur.

 

Hazırda isə Türkiyə praktiki olaraq özünün dronlarından Suriya odusunun mövqelərinə hücum etmək üçün istifadə etmir. Çünki hər hansı sərhəd pozuntusu Suriyanın hava hücumundan müdafiə sistemlərinin dərhal aktivləşməsinə səbəb olur.


Məlumatda həmçinin təkcə son günlərdə Türkiyənin Susiya ərazisində ən azı yeddi dron itirdiyi, onlardan birinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu da qeyd olunur.

 

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO