Türkiyə PUA-ları Suriya ordu mövqelərini belə vurdu - VİDEO

Türkiyə PUA-ları Suriya ordu mövqelərini belə vurdu - VİDEO

Ötən gün Suriyada Türkiyə hərbçilərinin zərbələr nəticəsində həyatını itirməsindən sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “Bayraktar TB2” zərbə pilotsuz uçan aparatları Suriya ordusunun Hələb vilayətindəki mövqelərinə “F-16” qırıcılarının müşayəti ilə zərbələr endirib.

Zərbələr nəticəsində Suriya ordusuna məxsus silah və canlı qüvvələrdə itkilərin olduğu qeyd edilir. 

 

Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin Türkiyə PUA və təyyarəsini izləməsinə baxmayaraq, ona atəş açmadığı qeyd edilib.


Xatırladaq ki, ötən gecə Suriya Hərbi Hava Qüvvələri İdlib vilayətində Türkiyə Silahlı Qüvvələrinin olduğu mövqelərə zərbələr endirərək, azı 34 hərbçinin həyatını itirməsinə səbəb olub.


Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Suriya Hərbi Hava Qüvvələrinin zərbə endirdiyi ərazidə Türkiyə hərbçilərinin rəsmi olaraq mövcudluğu barədə məlumatın olmadığını açıqlayıb./eastnews.org/

 

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO