Trampdan kürdlərə ittiham: “İkinci Dünya müharibəsində niyə bizə kömək etmədiniz?”

Trampdan kürdlərə ittiham: “İkinci Dünya müharibəsində niyə bizə kömək etmədiniz?”

ABŞ prezidenti Donald Tramp kürdləri ikinci dünya müharibəsində Vaşinqtona yardım etməməkdə ittiham edib.

İslaminSesi xəbər verir ki, Tramp jurnalistin “İŞİD-lə mübarizədə dəstək verən kürdləri (YPG/PKK) Suriyaya girən Türkiyə ordusuna qarşı niyə dəstəkləmədiniz?” sualına cavabında belə deyib.

 

Cavab olaraq Tramp kürdlərin İkinci Dünya müharibəsində Normandiyadan çıxarmasında, həmçinin Koreya, Vyetnam, Əfqanıstan müharibələrində ABŞ ordusuna dəstək vermədiyini bildirib.

 

Bununla yanaşı Tramp ABŞ-ın kürdlərə külli miqdarda pul xərclədiyini də xatırladıb. /Avropa.info/

 

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO