Tovuzda ev külə döndü - VİDEO

Tovuzda ev külə döndü - VİDEO

Tovuzda evdə yanğın olub.

İslaminSesi.info nın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün rayonun Bayramlı kəndində qeydə alınıb.

 

Tovuz rayon Bayramlı kənd sakini Aslanova Flora Kərim qızına məxsus, ümumi sahəsi 200 m² olan iki mərtəbəli, altı otaqlı və bir aynabənddən ibarət ev yanıb.

 

Qeyd edək ki, birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 40 m² sahədə, ikinci mərtəbədə üç otağın yanar konsturuksiyaları və dam örtüyü 80 m² sahədə yanıb.

 

Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

 

Hadisəyə səbəb elektirikdə yaranan qısa qapanma olub.

 

Faktla baglı araşdırma aparılır.

 

 
 

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO