NAMAZ VAXTLARI:
  • FƏCR 04:30
  • GÜN 05:58
  • ZÖHR 12:44
  • ŞAM 19:47
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Təcili tibbi yardım maşınları cərimə olunur – VİDEO

Təcili tibbi yardım maşınları cərimə olunur – VİDEO

Təcili tibbi yardım maşınları cərimə olunur.

 
Operativ nəqliyyat vasitələrini gündəlik olaraq yolda görürük. Yanğın yerinə, xəstə yanına gedir. Lakin bəziləri isə sayrışan işıqları yandıraraq yolda təhlükəli vəziyyət yaradırlar. Söhbət bəzi təcili yardım maşınlarının sui-istifadə hallarından gedir.
 
ARB TV-nin "Günə doğru" proqramı məsələ ilə bağlı maraqlı süjet hazırlayıb.
 
Yolu qadağanedici işıqda keçən maşın, heçnə olmamış kimi hərəkətinə davam edir. Bu operativ nəqliyyat vasitələri haqqında qaydalara zidd olsa da, son vaxtlar belə halların sayı artıb. Elə buna görə, yol polisi tərəfindən xüsusi vasitələrlə təmin olunan nəqliyyat vasitələrinə cərimələrin tətbiqinə başlanılıb. Mütəxəssislər cərimələr tətbiq olunmasa, bu cür sui-istifadə hallarının daha da artacağı və sonda ağır faciələrə yol açdığını deyir.
 
Elməddin Muradlı – Ekspert: “Onlar hətta işıqfor oldu, olmadı, yol boşdu, doludu baxmırlar, yola çıxırlar. Təcili yardım maşını qayda pozur, qəza törədir. Başqa bir təcili yardım maşını gəlib həm qəzaya düşən təcili yardımı, həm də digər yaralıları aparır”.
 
Ərşad Hüseynov – Ekspert: “Qırmızı işıqdan keçmək istiyir, qanun buna icazə verir. İşığı da qoşub, siqnalı da, amma yaşıl işıqdan gələn var. Əmin olmalıdır ki, o yaşıl işıqdan gələn dayanır. Onu da nəzər almalıdır ki, mənə yol verə bilmirsə, toqquşası deyiləm ki, o zaman dayanmalıdır”.
 
Qanuna görə, operativ nəqliyyat vasitələri iş prosesi zamanı, sayrışan işıqdan, səs siqnalından istifadə etməlidir. Xüsusi zəruri hallarda isə, qaydaları pozmaq hüququna malikdir. Amma bu üstünlükdən şəxsi maraqlar üçün istifadə yolverilməzdir.
 
Vaqif Əsədov – BŞDYPİ-nin bölmə rəisi: “Bu gün hər bir nəqliyyat vasitəsinin sahibi bilməlidir ki, hər hansısa sui-istifadə hallarına yol verə bilməz”.
 
Ərşad Hüseynov – Ekspert: “Xidməti zərurətlə bağlı deyil, səs və işıq qoşulmayıb və təhlükəsizliyi təmin eləməyib. Bu 3 şərtdən biri pozularsa, bu avtomobilin sürücüləri adi sürücülər kimi ən azından inzibati məsuliyyətə cəlb edilir. Ağır hal olarsa; xəsarət, ölüm - cinayət məsuliyyəti daşıyacaqlar”.
 
Operativ nəqliyyat vasitələri tərəfindən törədilən inzibati xəta ilə bağlı qeydə alınan elektron protokol aidiyyəti üzrə göndərilir və izahat tələb edilir.
 
Vaqif Əsədov Vaqif Əsədov – BŞDYPİ-nin bölmə rəisi: “Araşdırma zamanı zərurətdən doğan bir pozuntu olduğu sənədlərlə öz əksini taparsa, yalnız o zaman həmin elektorn protokol xitama verilir”.
 
Eyni zamanda operativ nəqliyyat vasitələrinin hərəkətinə mane olan digər avtomobil sahibləri də inzibati qaydada cərimələnir.

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO