Tbilisidə parlamentin qaşısında etiraz - "Gürcü arzusu"-na istefa tələbi (VİDEO)

Tbilisidə parlamentin qaşısında etiraz - "Gürcü arzusu"-na istefa tələbi (VİDEO)

Gürcüstanın paytaxtı Tbilisidə müxalifətin növbəti etiraz aksiyası keçirilib.

İslaminSesi xəbər verir ki, bu barədə "Qruziya Onlayn" nəşri məlumat yayıb.

 

Bildirilir ki, minlərlə narazı insan Gürcüstan parlamenti və "Redisson" mehmanxanasının qarşısında toplaşıblar.

 

Nümayişçilər növbədənkənar parlament seçkilərinin keçirilməsini və "Gürcü arzusu" partiyasının hakimiyyətdən getməsini tələb ediblər.

 

Qeyd edək ki, Gürcüstanda etirazlar parlamentin Konstitusiyaya dəyişiklikləri qəbul etməməsindən sonra başlayıb. Dəyişikliklər parlament seçkilərinin qarışıq seçki sistemindən proporsional sistemə keçidi ilə əlaqədardır./BAKU.WS/

 

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO