NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:52
  • ZÖHR 12:45
  • ŞAM 19:55
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Suriya Ordusu İŞİD-in əməliyyat otağını vurub – Səudiyyəli komandirlər məhv olub

Suriya Ordusu İŞİD-in əməliyyat otağını vurub – Səudiyyəli komandirlər məhv olub

Suriya Ordusu bir neçə gündür Dəməşqin cənubunda İŞİD nəzarətində qalan Muxayyam Yarmuk və ətraf kvartallarda əməliyyat aparır.

İslaminSesi.info xəbər verir ki Muxayyam Yarmukda terrorçular ilk öncə təxliyəyə razılıq vermişdilər. Lakin daha sonra razılaşmaya boyun qoymadıqlarına görə Suriya Ordusu burada əməliyyata başlayıb.

 

Ötən və bu gün Qərbi-Qutanın bu bölgəsində İŞİD və Ən-Nusranın əməliyyat otaqlarına hava zərbələri endirilib.

 

Son zərbələrin birində İŞİD-in iki səudiyyəli komandiri Əyyub Nəcdi və Kərra Şimməri və eləcə də iordaniyalı komandiri Qeys əl-Muhayil məhv ediliblər.

 

Muxayyam Yarmuk və ətraf kvartallar Dəməşqətrafı əyalətdə Suriya dövlətinin nəzarətində olmayan yeganə məntəqədir. Bölgədə İŞİD-in bir, maksimum iki həftəyə süqut edəcəyi deyilir.

 

 

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO