NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Siyasi məhbuslara qarşı repressiya və işgəncələr” mövzusunda keçirilən dəyirmi masadan geniş videoreportaj

“Siyasi məhbuslara qarşı repressiya və işgəncələr” mövzusunda keçirilən dəyirmi masadan geniş videoreportaj

“İslamçı Siyasi Məhbusların hüquqlarını Müdafiə Komitəsi”nin təşkilatçılığı ilə “Siyasi məhbuslara qarşı repressiya və işgəncələr” mövzusunda dəyirmi masa keçirilib.

 

İslaminSesi xəbər verir ki, dəyirmi masada ölkənin tanınmış ziyalıları, hüquq müdafiəçiləri, partiya və təşkilat rəhbərləri, əfv olunan siyasi məhbuslar və onların ailə üzvləri, inanclı kəsim və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş nitqi ilə açan “İslamçı Siyasi Məhbusların hüquqlarını Müdafiə Komitəsi”nin rəhbəri Eldəniz Quliyev son zamanlar inanc sahibi olan siyasi məhbuslara qarşı yönələn repressiv addımlar və işgəncə faktlarından danışıb. O, bildirib ki, günahsız yerə cəza çəkən siyasi məhbuslara qarşı edilən qeyri-insanı rəftar yolverilməzdir.


Daha sonra Qarabağ uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli çıxış edərək, dindarların istintaq və cəzaçəkmə müəssisələrində incidilməsi, döyülməsi, əsassız olaraq karsa salınması, adi hüquqlardan məhrum edilməsi hallarının çoxaldığını dilə gətirib. Bütün bu sadalanan faktların qanuna zidd olduğunu diqqətə çatdırıb.


Ardınca dəyirmi masada söz alan Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani alim Hacı İlham Əliyev bildirib ki, bu gün zindanda məhbəs həyatı yaşayan şəxslərdən daha çox, azadlıqda olan mübariz insanların üzərinə böyük vəzifə düşür. AİP-in sədr əvəzi əlavə edib ki, hər bir kəs əməli olaraq İslam prinsiplərini yaşatmalı və dini Allahın istədiyi kimi təbliğ etməlidir.


Daha sonra tədbirdə çıxış edən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da mövzu ətrafında vacib fikirlər səsləndirib. O, bildirib ki, bu gün zülmə və haqsızlığa qarşı mübarizə aparan , ədalətsizliklə barışmayan insanların varlığı İslam dininin böyüklüyünün nəticəsidir.


Hazırda həbsdə olan AİP lideri, siyasi məhbus Hacı Mövsüm Səmədovun xanımı Mehparə Səmədova çıxış edərək bildirib ki, həbsxanalarda siyasi məhbuslara qarşı xüsusi kampaniyalara start verilib. O, qeyd edib ki, məhbuslara hər vasitələrlə təzyiqlər edilir və onları aşağılamaq üçün bütün vasitələrə əl atılır.


Dəyirmi masada söz alan AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova öz çıxışında bildirib ki, bu gün zindanda olan mübariz insanları hər kəs tanımalıdır. Çünki bu insanlar milli –mənəvi , dini dəyərlərin yaşaması, zülmün, haqsızlığın yox olması üçün ömürlərini fəda ediblər. Odur ki, xalq olaraq biz bu insanları müdafiə etməliyik.


Tədbirdə çıxış edən ilahiyyatçı Elçin Qasımov da övzu ətrafında fikirlər səsləndirib . O, bildirib ki, zalımlar siyasi fəal insanları həbsə atdırmaqla cəmiyyətə böyük zərbə vurduqlarını düşünsələr də, bu günki proseslər tam əksini sübuta yetirir.


Dəyirmi masa mövzu ətrafında diskussiyalarla davam edib.

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO