NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Sədərək” Ticarət Mərkəzində yanğın - YENİLENİB

“Sədərək” Ticarət Mərkəzində yanğın - YENİLENİB

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

"İslaminSesi.info" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

 

"Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzinin ərazisində baş vermiş yanğın saat 12:28-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

 

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Qaradağ rayon Yanğından Mühafizə bölməsinin rəisi Elçin Ələsgərov bildirib ki, yanğınla bağlı məlumat səhər 11:40-da daxil olub: "Hadisə yerinə FHN əməkdaşları cəlb edilib. Təxminən 300 kvadratmetr olan anbarda baş verib. İlkin ehtimala görə, yanğın qısaqapanmadan baş verib. 9 yanğınsöndürən, 50-yə yaxın canlı qüvvə cəlb edilib".

 

 

 

****

"İslaminSesi.info" REAL-a istinadən  məlumat verir ki, hadisə ticarət mərkəzinin karqo terminallarının yerləşdiyi ərazidə baş verib. Qeyd edək ki, oradakı 10 yük karqo terminalına Çin, Türkiyə, İran, Gürcüstan, Rusiya kimi ölkələrdən daşınan yük malları qəbul olunur.

 

Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür. Əraziyə xilasedicilər də cəlb olunub.

 

 

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO