“Koroğlu” metro stansiyasının çıxışında - Sərnişinləri yolun ortasında düşürürlər

“Koroğlu” metro stansiyasının çıxışında - Sərnişinləri yolun ortasında düşürürlər

Ötən axşam "Koroğlu" metro stansiyasının çıxışında Bakı kəndlərinə işləyən marşrut avtobuslarının ləngiməsi vətəndaşların xeyli müddət küçələrdə qalmasına səbəb olub.

Lakin problem tək bununla bitmir. 

Sözügedən ərazidə avtobusları yolun ortasında saxlayırlar. Bu isə yolda uzun-uzadı tıxacın yaranmasın gətirib çıxarır. 

 

Yol ortasında sərnişin düşürüb-mindirən sürücülər:

 

 

Aidiyyəti qurumlar isə xeyli müddətdir davam etməkdə olan bu problemin qarşısını almaq üçün heç bir tədbir görmür. 

 

 

Hətta bu vəziyyət marşruta minmək üstündə sərnişinlər arasında təpik-yumruq davasına da səbəb olub.

 

 

Qeyd edək ki, son zamanlar "Koroğlu" metro stansiyasının ətrafında bu cür hallara tez-tez rast gəlinir.

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO