Kollecdə baş verən atışmada iki nəfər ölüb - VİDEO

Kollecdə baş verən atışmada iki nəfər ölüb - VİDEO

Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində silahlı insident baş verib.

İslaminSesi REN TV-yə istinadən xəbər verir ki, hadisə İnşaat və Kommunal Kollecində baş verib.

 

Belə ki, 4-cü kurs tələbəsi dərsə gecikdiyi üçün auditoriyadan qovulub. 

 

Buna əsəbləşən tələbə yenidən otağa girərək tələbə yoldaşlarına atəş açıb. Nəticədə bir nəfər hadisə yerində keçinib, üç nəfər ağır yaralanıb.

 

Qətli törədən şəxs isə polisə silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib./“Report”/ 

 

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO